Moldova Prezidenti Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib

2023/02/1675329907.jpg
Oxunub: 198     13:18     02 Fevral 2023    
Moldova Prezidenti Maya Sandu Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvilinin azad olunması ilə bağlı çağırış edib.

Ordu.az xəbər verir ki, bu barədə Maya Sandu "Twitter"də paylaşım edib.

“Mixail Saakaşvilinin kritik fiziki vəziyyəti son dərəcə narahatedicidir. Müxalifət liderinin işgəncə ilə öldürülməsi Avropa İttifaqına üzv olmaq istəyən bir ölkə üçün qəbuledilməzdir. Saakaşvili dərhal azad edilməli və müalicə üçün xaricə göndərilməlidir”, - Moldova dövlət başçısı vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Saakaşvili  


Bizi "telegram"da izləyin