Ordu.az xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, müdafiə nazirləri regional inkişaf və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
"Görüşdə hər üç ölkənin hərbçilərini bir-birinə yaxınlaşdıran və qarşılıqlı əməliyyat qabiliyyətini gücləndirən birgə hərbi təlim və məşqlərin önəminə diqqət çəkilib. Regionun təhlükəsizliyi və sabitliyinə xidmət edən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının vacibliyi qeyd edilib”, - Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Ordu.az