Ermənistanda martın 1-dən mayın 12-dək təlim toplanışları keçiriləcək

2018/12/15041-1545914415.jpg
Oxunub: 5242     12:30     02 Fevral 2023    
Ermənistan Müdafiə Nazirliyi 2023-cü il martın 1-dən mayın 12-dək ehtiyatda olan hərbi qulluqçular üçün 3281 vətəndaşın iştirakı ilə təlim toplanışlarının keçirilməsini planlaşdırır.

Ordu.az xəbər verir ki, təlim toplanışlarına cəlb ediləcək 3281 ehtiyatda olan hərbi qulluqçudan 2897 nəfəri sıravi və kiçik gizir heyətlərindən, 152 nəfəri baş gizir heyətindən, 232 nəfəri isə zabit heyətidən olacaq.

Təlimlərdə ümumqoşun və raket artilleriya ixtisasına malik ehtiyatda olan hərbi qulluqçular iştirak edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təlim  


Bizi "telegram"da izləyin