Soylu: "Konsulluqların bağlanması Türkiyəyə qarşı psixoloji müharibədir”

2018/06/342_1529314449.jpg
Oxunub: 344     11:45     02 Fevral 2023    
"Niderland, Böyük Britaniya və Almaniyanın Türkiyədəki konsulluqlarını bağlaması ölkəmizə qarşı psixoloji müharibədir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu 2022-ci ilin yekunlarına dair yığıncaqda bildirib.

O, Türkiyəyə qarşı terror fəaliyyəti ilə məşğul olan qruplaşmaları kimlərin təmin etdiyini bildiklərini vurğulayıb: “Terrorçu PKK/PYD-YPG-ni ABŞ təmin edir. ABŞ və Qərb dövlətləri pul, logistika və insan resursları ilə təmin etdiyi qruplaşma ilə terror dövləti qurmaq xəyalından əl çəkməyib”.

Qeyd edək ki, fevralın 1-də Böyük Britaniya, Niderland və Almaniya Türkiyənin İstanbul şəhərində terror təhlükəsini əsas göstərərək bu şəhərdəki baş konsulluqlarını bağlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Səfirlik  


Bizi "telegram"da izləyin