Beyin mərkəzi: ABŞ müdafiə sənayesi Tayvanda müharibəyə hazır deyil

2023/02/1675324409.jpg
Oxunub: 337     11:48     02 Fevral 2023    
ABŞ-da yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) bildirir ki, Vaşinqtonun Çinlə mümkün müharibədə Tayvanı dəstəkləmək üçün hərbi sursat istehsal etmək gücü yoxdur.

CSIS tərəfindən nəşr olunan “The Armory Empty in Wartime: The Challenge of the US Defense Industry” başlıqlı hesabatda Vaşinqtonun Rusiya ilə müharibəsində Ukraynaya verdiyi hərbi dəstəyin cəbhədə diqqətəlayiq uğur qazandığı, ancaq bəzi silahların tükənməsinə səbəb olduğu qeyd edilib.

Ukrayna nümunəsinin böyük güc mübarizəsinin səbəb olduğu müharibələrin uzun müddətli sənaye gücü tələb etdiyinə diqqət çəkən hesabatda, ABŞ-ın Tayvanda Çinlə oxşar mübarizə aparacağı təqdirdə, uzaqmənzilli idarə olunan raketlər kimi kritik sursatlarının bir həftəyə tükənə biləcəyi barədə xəbərdarlıq edilib.

CSIS Beynəlxalq Təhlükəsizlik Proqramının direktoru Set Cons bu növ sursat ehtiyatlarının tükəndiyi zaman yenidən istehsalın planlaşdırılması və həyata keçirilməsinin uzun müddət tələb olunduğuna diqqət çəkərək, əvvəlcədən hazırlanmayacaqları təqdirdə, çox gec olacağını bildirib.

Hesabatda ABŞ-ın Ukraynaya dəstək üçün göndərdiyi bir çox silah-sursatın ehtiyatlarının az olduğu, artilleriya, “Javelin” tank əleyhinə raketləri, “Stinger” zenit raketləri, artilleriya əleyhinə radarların dəyişdirilməsinin çətin olduğu bildirilib.

Üzən platformalardan və sualtı qayıqlardan atılacaq uzaqmənzilli idarə olunan raketlərin, Tayvan kimi ABŞ ərazisindən uzaq bir adada baş verə biləcək müharibə ssenarisində kritik əhəmiyyət kəsb edəcəyinə diqqət çəkən hesabatda Uzunmənzilli Hücum Ehtiyatlarının ehtiyatlarının az olması xəbərdarlığı edilib.

Eyni şəkildə, hesabatda “Harpoon” sahil mühafizə sistemi üçün lazım olan sursat və HHM raket ehtiyatlarının sürətlə tükənəcəyi və onların tədarükünün zaman alacağı vurğulanıb.

Tayvanda mümkün müharibə ssenarisində istifadə olunacaq bütün “Tomahawk”, hava-yer, HHM və gəmi əleyhinə raketlərin istehsalının 20 aydan çox davam etdiyi, müharibə olacağı təqdirdə ehtiyatların doldurulmasında problemlərin olacağı qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tayvan   Çin   Müharibə  


Bizi "telegram"da izləyin