Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTOLAR+VİDEO

2023/02/867c2-6701282288.jpg
Oxunub: 299     10:48     02 Fevral 2023    
Cari ilin yanvar ayı ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 3600 km-dək yol qar örtüyündən təmizlənib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirlib ki, çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin yanvar ayı ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 3600 km-dək yol qar örtüyündən təmizlənib.

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər plana uyğun davam etdirilir.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin