Pakistanda məsciddəki partlayışla bağlı 23 nəfər həbs edilib

2023/02/1675314834.jpg
Oxunub: 176     03:13     02 Fevral 2023    
Pakistan hüquq-mühafizə orqanları Peşavar şəhərində məsciddə baş verən partlayışda şübhəli bilinən 23 nəfəri saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Saxlanılan şübhəlilər arasında həm Peşavar sakinləri, həm də Əfqanıstanla sərhəd zonalardan olanlar var.

Bundan əvvəl şəhərin polis rəisi bildirib ki, hüquq-mühafizə orqanları artıq həbslərə səbəb olan sübutlar tapıblar. O, terrorçuya içəridən kiminsə kömək etdiyini də istisna etməyib.

Xatırladaq ki, məsciddə partlayış yanvarın 30-da baş verib. Pakistan təhlükəsizlik rəsmilərinin məlumatına görə, kamikadze partlayıcı qurğunu məsciddə günorta namazı zamanı işə salıb. 101 nəfərin öldüyü, təxminən 200 nəfərin yaralandığı, ölənlərin böyük əksəriyyətinin polis əməkdaşları olduğu qeyd edilir.

Hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” üzərinə götürüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Terror  


Bizi "telegram"da izləyin