Ukrayna Avstriyadan anti-dron vasitələr, yanğınsöndürən və təcili yardım maşınları istəyib

2023/02/ce846-1675314788.jpg
Oxunub: 208     01:45     02 Fevral 2023    
Ukrayna Avstriyadan düşmənin pilotsuz uçuş aparatları ilə mübarizə və minalardan təmizləmə üçün vasitələr, həmçinin yanğınsöndürən və təcili tibbi yardım maşınları istəyib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avstriya Prezidenti Aleksandr van der Bellenlə keçirdiyi brifinqdə bildirib.

“Ukrayna Avstriyadan başqa nəsə ala bilərmi? Biz bu barədə cənab Prezidentlə danışdıq. Qış hələ bitməyib, ona görə də enerji dəstəyinə, generatorlarla dəstəyə ehtiyacımız var”, - o deyib.

Bundan əlavə, V.Zelenski və A.Van der Bellen Ukraynaya təcili tibbi yardım maşınlarının verilməsini müzakirə ediblər.

“Bu gün biz ondan danışdıq ki, hazırda bizə sürətli sıçrayış lazımdır – işğaldan azad olunan, çatışmazlıq yaşanan rayonlara göndərmək üçün 400-500 təcili tibbi yardım maşınına ehtiyacımız var. Bu, böyük rəqəmdir və bu, tez bir zamanda həll edilməlidir”, - V.Zelenski söyləyib.

Ukrayna Prezidentinin sözlərinə görə, eyni tələb yanğınsöndürən maşınlara, həmçinin minalardan təmizləmə məsələsinə də aiddir.

O xüsusilə vurğulayıb ki, hazırda Ukraynanın əhəmiyyətli ərazisi minalardan təmizlənməlidir və ukraynalılar təkcə cəbhədə deyil, həm də azad edilmiş ərazilərdə ölürlər.

Bundan əlavə, Ukrayna dövlət başçısı ölkəsinin düşmənin pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün vasitələrə ehtiyac duyduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Avstriya  


Bizi "telegram"da izləyin