ABŞ Talibana qarşı sanksiyaları genişləndirir

2023/01/1674278103.jpg
Oxunub: 213     07:36     02 Fevral 2023    
ABŞ qadınların təhsilinə və peşə fəaliyyətinə məhdudiyyət tətbiqinə görə Talibana qarşı sanksiyaları genişləndirir.

Ordu.az Əl-Ərəbiyyə kanalına istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Mən bu gündən Əfqanıstanda qadınlara qarşı repressiyalarda əli olan bəzi Taliban üzvlərinə viza məhdudiyyəti tətbiq edirəm” – deyə Blinken vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Taliban  


Bizi "telegram"da izləyin