Serbiya prezidenti ABŞ dövlət katibi ilə Kosovodakı vəziyyəti müzakirə edib

2022/07/ds4fd-1659294619.jpg
Oxunub: 266     00:58     02 Fevral 2023    
Serbiya prezidenti Aleksandar Vuçiç ABŞ dövlət katibi Entoni Blinkenlə Kosovo və Metoxiyadakı vəziyyəti müzakirə edib.

Ordu.az xəbər verir ki, Serbiya lideri bu barədə İnstaqramda məlumat verib.

“Bu axşam mən ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefonda Kosovo və Metoxiyadakı vəziyyət, Serbiyanın Avropa yolu və Serbiya ilə ABŞ arasında ikitərəfli münasibətlər haqqında danışdım. Biz Belqrad və Priştina arasında dialoqa dair fikir mübadiləsi apardıq və mən vurğuladım ki, bütün regionda sülh, sabitlik və təhlükəsiz iqtisadi gələcək Qərbi Balkanlarda yaşayan bütün insanlar üçün əsas məqsədlərdir” – deyə Serbiya rəhbəri əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   ABŞ  


Bizi "telegram"da izləyin