AEBA İranda uranı 60%-ə qədər zənginləşdirən 2 sentrifuqa aşkar edib

2023/02/1675273515.jpg
Oxunub: 511     21:23     01 Fevral 2023    
Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İranın Fordodakı nüvə obyektindəki fəaliyyətin Tehranın öhdəliklərinə zidd olduğunu bildirib.

Ordu.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi təşkilatın hesabatına istinadən məlumat yayıb.

AEBA-nın baş direktoru Rafael Qrossi İranın agentliyə əvvəlcədən xəbərdarlıq etmədən yüksək zənginləşdirilmiş uran istehsalı ilə bağlı Fordoda yanacaqzənginləşdirmə zavodunun dizaynında əhəmiyyətli dəyişikliklər etdiyindən narahatdır”, - deyə təşkilatın sənədində bildirilir.

AEBA-nın Fordo nüvə obyektində qəfil təftişi uranı 60%-ə qədər zənginləşdirən IR-6 sentrifuqalarının arasında bəyan edilməmiş dəyişiklik aşkar edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   İran  


Bizi "telegram"da izləyin