Myanmada fövqəladə vəziyyət 6 ay müddətinə uzadılıb

2018/08/mnm2_700_1535359248.jpg
Oxunub: 3118     19:36     01 Fevral 2023    
Myanmanın hərbi hakimiyyəti ölkədə fövqəladə vəziyyət rejimini 6 ay müddətinə uzadıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, rejimin uzadılması bu gündən qüvvəyə minib.

Xatırladaq ki, 2021-ci il fevralın 1-də Myanma ordusunun əsas zəmanətçisi olduğu konstitusiyanın maddəsinə əsasən, hərbçilər mülki hökuməti devirib. Onlar 2020-ci ilin noyabrında keçirilmiş parlament seçkilərində “Demokratiya uğrunda Milli Liqa” partiyasının xeyrinə kütləvi saxtakarlıq edildiyini bəyan ediblər. Bu partiyanın lideri, əvvəlcə ev dustaqlığına məhkum edilən, daha sonra isə həbs edilən 77 yaşlı Aun San Su Çji 19 maddə üzrə təqsirləndirilərək ümumilikdə 33 il həbs cəzasına məhkum edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Myanma  


Bizi "telegram"da izləyin