Zaxarova Makronun Ukrayna ilə bağlı son açıqlamasını absurd adlandırıb

2021/08/ca77d-1630070401.jpg
Oxunub: 297     18:42     01 Fevral 2023    
Fransa Prezidenti Emmanuel Makronun “Ukraynaya mümkün hərbi təyyarələrin tədarükü eskalasiyaya səbəb olmayacaq” sözləri absurddur.

Ordu.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

"Fransa Prezidenti həqiqətən əmindirmi ki, Kiyev rejiminə döyüş əməliyyatları üçün silah, ağır silahlar və təyyarələr verilsə, bu vəziyyətin gərginləşməsinə səbəb olmayacaq? Mən belə bir məntiqin yetkin adamda ola biləcəyinə inanmaqdan imtina edirəm", - Rusiya XİN sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Makron  


Bizi "telegram"da izləyin