Ermənistan üçün üç təhlükəli nöqtə – “Transparency İnternational”dan xəbərdarlıq

2020/08/15846-1598078990.jpg
Oxunub: 545     17:32     01 Fevral 2023    
“Transparency İnternational” təşkilatı bildirir ki, 2022-ci ildə Ermənistan korrupsiya indeksində üç bəndlik azalma qeydə alıb. Ermənistanın korrupsiya indeksi əvvəlki iki ildə 49 olub, bu il isə 46-ya düşüb. Təşkilatdan verilən məlumata görə, əgər rəqəm 50-dən azdırsa, bu, problemli hesab olunur. Əvvəlki illərdə Ermənistan 50-yə yaxınlaşırdısa, 2022-ci ildə 3 pillə gerilədi.

“1in.am” nəşrində dərc olunan məqalədə deyilir ki, Ermənistanın 3 pillə geriləməsi hiss olunan və nəzərə çarpan hadisədir və bəlkə də problemli tendensiyalardan xəbər verir.

“Həmin vəziyyət həm də Ermənistan üçün müəyyən geosiyasi amildir, oyun kartıdır, onun əhəmiyyətini həiddən artıq qiymətləndirmək lazım deyil, amma onu qiymətləndirməmək də riskli ola bilər. Ermənistanın geriləmə qeydə almasının dəqiq səbəbi nədir, bunun üçün ətraflı təhlilə ehtiyac var. Zaman keçdikcə siyasi hakimiyyətin bu fenomenə müəyyən “arxaik” münasibəti müşahidə oluna bilər.

Siyasi hakimiyyətin psixologiyasında və təfəkküründə belə bir inam formalaşa bilər ki, “keçmiş” amilindən ictimaiyyətin diqqətini uzun müddət idarə etmək, bununla da “xırda fitnə-fəsad”ı saxlamaq üçün mükəmməl mexanizm yaratmaq mümkündür. Korrupsiya prosesi qartopu kimidir, o, məhz “kiçik fitnə” ilə sürət toplayır. Sonra isə vəziyyət dönməzlik həddinə çatır”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənisan   Böhran  


Bizi "telegram"da izləyin