“Kalaşnikov” konserni KTMT ölkələrinə silah və sursat tədarükü ilə bağlı müqavilələr imzalayıb

2022/09/33-1662639811.jpg
Oxunub: 371     18:43     01 Fevral 2023    
Mərkəzi Elmi Tədqiqat Dəqiq Mühəndislik İnstitutu (“Kalaşnikov” konserni) əsasən KTMT ölkələrinə silah və sursatların tədarükünə dair yeni müqavilələr imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “İnterfaks” institutun mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Tərəfdaşlarla aparılan texniki və kommersiya danışıqları nəticəsində bir sıra sövdələşmələr bağlanılıb, onların həyata keçirilməsi 2023-cü ildə planlaşdırılır. Müəssisə əsasən KTMT-yə üzv dövlətlərə silah və sursatların tədarükü üçün 10-dan çox kommersiya təklifi hazırlayıb”, - məlumatda deyilir.

Konsernin məlumatlarına görə, şirkət ixrac məhsullarının tədarükünü Rusiyaya dost ölkələrin, o cümlədən KTMT üzvü olan ölkələrin bazarlarına yönləndirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kalaşnikov   KTMT  


Bizi "telegram"da izləyin