Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, ilkin məlumata görə, ittiham yarasız raketlərin məsələsinə aiddir, burada əsas təqsirləndirilən şəxs sabiq müdafiə naziri, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyandır və o, fevralın 7-də parlamentdə keçiriləcək iclasda toxunulmazlığından məhrum ediləcək.
“Xatırladaq ki, o, həmçinin birinci instansiyada istintaqı gedən “Davit Tonoyan və digərləri” işi üzrə təqsirləndirilən şəxs statusuna malikdir. Həmin iş çərçivəsində Qalstyan da 2021-ci ilin sentyabrında saxlanılıb və 6 ay sonra, 2022-ci ilin martında silah idxalı ilə məşğul olması üçün sərbəst buraxılıb. Biz o vaxt yazmışdıq ki, həmin vaxt Ermənistan hökuməti ölkəyə silah gətirə bilmirdi və “Patron Davo” həmin işlə məşğul olmaq şərti azadlığa buraxılmışdı. Doğrudan da, “Patron Davo” Müdafiə Nazirliyinin elan etdiyi silah tenderlərində qalib gəlib və Ermənistana silah gətirmək üçün öz əlaqələrindən istifadə etməyə başlayıb. Lakin vəziyyət günü-gündən dəyişirdi və tenderlər həyata keçirilmirdi. Ola bilsin ki, Ermənistan hökuməti artıq silahlanma vəzifəsini qarşısına qoymur, amma rəqibi qəzəbləndirməmək üçün nəinki silah idxalından imtina etmək, hətta İlham Əliyev tərəfindən düşmən elan edilmiş silah idxalçısı “Patron Davo”nu həbs etmək qərarına gəlib ki, arzuolunan sülh gündəmi reallaşsın”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az