Ordu.az xəbər verir ki, bunu “Vahid Ermənistan” partiyasının üzvü Vardan Ayvazyan deyib.
“Amma mənim heç bir gözləntim yoxdur, çünki BMT-nin Beynəlxalq Ədalət Məhkəməsindən bizim xeyrimizə olan qərar olsa belə, onu beynəlxalq hüquqda həyata keçirəcək strukturlar yoxdur”, - deyə o bildirib.
Ayvazyan qeyd edib ki, AİHM Laçın yolunun açılması baxımından Azərbaycana qarşı müvəqqəti tədbirlər tətbiq edib.
“Həmin hökmün icrasına nəzarət Avropa Şurasının Nazirlər Komitəsinə həvalə edilib. Əgər indiyədək Azərbaycan AİHM-in qərarının icrası ilə bağlı heç bir tədbir görməyibsə, heç olmasa Nazirlər Komitəsi Azərbaycanın Nazirlər Şurasından çıxarılması məsələsini qaldırmalı idi. Ancaq indiyədək belə bir proses aparılmır, çünki dövlətlərarası münasibətlərdə oxşar strukturlar öz “demaqoq” davranışları ilə bizi ancaq “mənəvi qələbələr” ilə qidalandırır. Lakin həmin “mənəvi qələbə”nin reallaşmasını təmin etmirlər. Bunlar sadəcə bir qəpiyə dəyməyən bəyanatlar, qətnamələrdir”, - deyə erməni siyasi xadim vurğulayıb.
Ayvazyan deyib ki, Ermənistanda orta təbəqədən olan insanlar “günah keçisi” olurlar.
“Hesabat vermək üçün günah olmalıdır, amma 15 əsgərin ölümünə səbəb olan yanğından bir neçə saat sonra heç bir məmurun məsuliyyətə cəlb edilmədən vəzifədən azad edilməsinə şahid olduq. Nədənsə faciəli hadisənin ilk variantını Baş nazir kabinetin iclası zamanı təfərrüatlı şəkildə təqdim etdi. Bu, bütün prosesin ciddiliyini şübhə altına alırdı. Təqsir qəti şəkildə müəyyən edilmədikdə, məsuliyyət mənasız olur. Məsul məmurlar piramidasına gəlincə, işdən çıxarılmalı olan bir nömrəli məmur mütləq Baş nazir bir yana qalsın, müdafiə naziri olmalıdır. Bu onu göstərdi ki, ölkəmizin Silahlı Qüvvələrinin rəhbərliyi öz vəzifələrini peşəkarcasına bilmir, üzərinə düşən məsuliyyətin miqyasını və həcmini dərk etmir. Görünür, orta təbəqədən olan insanlar “günah keçisi” olurlar, mahiyyət etibarilə yuxarı məmurların hesabatlılığı məsələsini “tüstü pərdəsi” ilə ört-basdır edirlər”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az