Bayden Ukraynanın hərbi yardım tələblərini Zelenski ilə müzakirə edəcək

2023/01/1675187813.jpg
Oxunub: 262     21:38     31 Yanvar 2023    
ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə Ukraynanın tələb etdiyi silahları müzakirə edəcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Zelenskinin döyüş təyyarələri və uzaqmənzilli raketlər də daxil olmaqla yeni sorğularına münasibət bildirən Bayden “Biz danışacağıq”, - deyə bildirib.

Xatırladaq ki, bu gün Co Bayden ABŞ-ın Ukraynaya F-16 qırıcıları verməyəcəyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Bayden  


Bizi "telegram"da izləyin