UNİAN: Azərbaycanlılar doğma Qarabağ torpaqlarına həyat qaytarmağa çalışırlar

2022/06/sd45f-1655719838.jpg
Oxunub: 5324     18:45     31 Yanvar 2023    
“Azərbaycanlılar doğma Qarabağ torpaqlarına həyat qaytarmağa, əcdadlarının evləri olan yerlərdə şəhərləri, kəndləri yenidən qurmağa çalışırlar”.

Ordu.az xəbər verir ki, bunu UNİAN İnformasiya Agentliyinin baş direktoru Mixail Qanitski Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə son səfərindən sonra qələmə aldığı məqalədə yazıb.

O, məqalədə ermənilərin XIX əsrdə Azərbaycan torpaqlarına köçürülməsindən, onların zamanla bu ərazilərə iddialar irəli sürməsindən, ermənilərin qədim Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus izləri məhv etməsindən bəhs edib.

M.Qanitski azad edilmiş ərazilərdə mina probleminə də diqqət çəkib. O, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa işlərinin həyata keçirildiyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Qarabağ  


Bizi "telegram"da izləyin