Ordu.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba keçirdiyi brifinqdə deyib.
“Tank koalisiyasının hazırda 12 üzvü var. Mən deyə bilərəm ki, birinci dalğada Ukrayna silahlı qüvvələri 120-140 arası Qərb istehsalı tank qəbul edəcək: “Leopard 2”, “Challenger 2”, “M1 Abrams” və çox ümid edirik ki, “Leclerc", - Kuleba onlayn brifinqdə bildirib.
O əlavə edib ki, Ukrayna tank koalisiyasının genişləndirilməsi və koalisiya üzvlərinin töhfələrinin artırılması üzərində işləməyə davam edir.
Ordu.az