Paşinyanın arvadı İranın erməni icması və kilsəsi tərəfindən niyə qəbul edilməyib? – DETALLAR

2020/08/11765-1597303436.jpg
Oxunub: 449     20:22     31 Yanvar 2023    
Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan yanvarın 18-də qızları ilə birlikdə “Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi”ndə iştirak etmək üçün İrana səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, Anna Hakopyan sosial şəbəkələrdə səy və enerjisini əsirgəməyib, Tehrana səfərinin “isti” ab-havasını və orada aldığı xoş qarşılanmanı göstərmək üçün mütəmadi olaraq fotolar paylaşıb.

“Lakin nə yerli erməni icması, nə də erməni kilsəsi Anna Hakopyanı qəbul etməyib. Bizə bildirdilər ki, Baş nazirin həyat yoldaşı oradakı ermənilərlə görüşməmək üçün hətta erməni kilsəsini ziyarət etməkdən yayınıb, əvəzində İrana gələn digər qonaqlarla birlikdə məscidə baş çəkib və orada keçirilən tədbirlərdə iştirak edib. Nəşrimizə açıqlamasında erməni icmasının nümayəndələrindən biri məlumatımızı təsdiqləyərək bildirdi ki, bu, təkcə Anna Hakopyana deyil, həm də Ermənistandan səfərə gəlmiş bütün dövlət rəsmilərinə xüsusi münasibətdir. Bu yolla İran erməniləri indiki hakimiyyətə və onların siyasətinə qarşı öz mövqelərini bildirirlər, onların siyasəti nəticəsində Ermənistan demək olar hər gün yeni itkilər verir”, - deyə nəşr bildirib.

Erməni icmasının nümayəndəsi vurğulayıb ki, müharibədən sonra Nikol Paşinyan iki dəfə Tehrana səfər edib, bir çox nazirlər İranda olub, Alen Simonyan bir neçə ay əvvəl səfər edib, Anna Hakopyan iki qızı ilə artıq keçən həftə İranda olub, lakin bütün bu səfərlər zamanı onlar üçün milli prefekturada heç bir ziyarət təşkil edilməyib, erməni icmasını idarə edən strukturlar onları qəbul etməyib, bu isə aydın mesaj idi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakobyan   İran  


Bizi "telegram"da izləyin