“Ermənistan ərazisində Rusiya ilə Qərb arasında baş verən münaqişədən Azərbaycan və Türkiyə faydalanacaq” - Hovhannisyan

2022/09/1662189442.jpg
Oxunub: 415     19:58     01 Fevral 2023    
“Ermənistanın qərar qəbul etmək üçün çox qısa vaxtı var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ Layihələr Qrupu”nun həmtəsisçisi Vahe Hovhannisyan öz məqaləsində yazıb.

Onun sözlərinə görə, Ermənistan yanlış narrativlər tələsinə düşüb.

“Yaxud bizi ora xüsusi yerləşdirdilər. Biz qarşımıza səhv formalaşdırılmış vəzifələr qoyuruq və düzgün həll yollarını tapmaq istəyirik. Seçimimiz əslində çox sadədir: yaşamaq və ya məhv olmaq. Dövlət və siyasi düşüncə eyni dərəcədə sadə bir qərarla üz-üzədir: fəlakəti gözləmək və ya fəlakəti dayandırmaq. Düzgün formalaşdırılmış vəzifə avtomatik olaraq düzgün cavablara səbəb olacaq. Ermənistan hökuməti bizə heç bir real müttəfiq buraxmayıb. Bütün güc mərkəzlərinə ziddiyyətli vədlər vermək nəticəsində hamının etibarını itirmişik. Nəticədə biz hər kəsdən ciddi praktik dəstək olmadan yalnız ifadələr alırıq. Bu, çox təhlükəli vəziyyətdir. Ermənistan ərazisində Rusiya ilə Qərb arasında baş verən münaqişədən iki ölkə, Azərbaycan və Türkiyə faydalanacaq və bu, hətta bu gün Ermənistan cəmiyyətində bu münaqişənin qızışmasına xidmət edənlərə də aydındır”, - deyə Hovhannisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Qərb  


Bizi "telegram"da izləyin