ABŞ-ın həll variantı necə, hansı şərtlər və məzmunla aparılacaq? – BAXIŞ BUCAĞI

2022/11/1668617430.jpg
Oxunub: 621     21:28     31 Yanvar 2023    
ABŞ dövlət katibinin müavini Keren Donfrid “Amerikanın Səsi”nə müsahibəsində bildirib ki, Rusiya sülhməramlıları regionda konstruktiv rol oynamır. O, Rusiya-İran yaxınlaşmasından və İranın regionda mövcudluğunu artırmaq cəhdlərindən narahatlığını bildirib. “Rusiya və İranın regional fəallığı Ermənistan-Azərbaycan sülh prosesinə daha da aktuallıq verməlidir”, - ABŞ dövlət katibinin müavini bildirib.

Onun açıq mətnlə verdiyi bəyanatlar regional vəziyyətin gələcək sabitliyi ilə bağlı praktiki olaraq narahatlıq yaradır. ABŞ getdikcə daha açıq şəkildə Cənubi Qafqazda Rusiya və İranın rolunu neytrallaşdırmağa çalışır. Vaşinqton bu gün artıq Rusiya-İran əməkdaşlığına imkan verməməkdən danışır.

ABŞ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında özü rol oynamaq istəyir. Ancaq bu nə dərəcə mümkündür? Ermənistan Azərbaycanın təkliflərini hər hansı şəkildə qəbul etməkdən imtina edir. ABŞ bu nizamlanmanı necə, hansı şərtlər və məzmunla aparmaq istəyir?

Donfrid bir neçə gün əvvəl Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə telefon danışığı zamanı hər iki tərəfi Laçın yolundakı vəziyyəti danışıqlar yolu ilə həll etməyə çağırıb. Bundan əlavə, sual ondan ibarətdir ki, ABŞ münasibətlərin normallaşmasına Rusiya və İranın rolunun neytrallaşdırılması kimi baxırsa, Moskva və Tehran buna qarşı çıxmaq və öz rollarını gücləndirmək üçün hər şeyi edəcəkmi?

Bunun üçün hər iki dövlət Azərbaycan və Türkiyə ilə razılığa gəlməyə çalışmalıdırlar. Ancaq hər iki dövlət Azərbaycana qarşı fəaliyyət göstərir. Ermənistan çöküş ərəfəsində olan iki dövlətin siyasətinə uymamalıdır. Bu, həm Ermənistanın özü, həm də region üçün təhlükəlidir.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin