“3+3” formatı niyə hələ də gündəmdədir? – BAXIŞ BUCAĞI

2021/12/46dfg-1640081435.jpg
Oxunub: 428     20:55     31 Yanvar 2023    
Rusiya Xarici İşlər Nazirliyi Moskvanın 2021-ci ilin dekabrında formalaşmış “3+3” məsləhətçi platformasının işini təşviq etmək niyyətində olduğunu açıqlayıb. Həmin dövrdə kifayət qədər güclü şəkildə yayılan və ilk görüşü Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri və altı ölkənin bayraqları (Gürcüstan iştirak etmədi, amma Gürcüstanın bayrağı var idi) ilə keçirilən bu fikir sonradan gündəmdən düşdü.

Son görüşdən sonra praktiki olaraq ikinci görüş bir ildən artıqdır baş tutmayıb. Buna görə də sual yaranır, niyə? Səbəb çox güman ki, Ukrayna müharibəsidir. Müharibə həm də Qafqazın reallıqlarını və regional oyunçuların motivlərini əhəmiyyətli dərəcədə dəyişdi. Bir ildir davam edən müharibə regional oyunçuları, xüsusilə Rusiya və Türkiyəni Qafqazda yeni müharibənin qarşısını almağa təşviq etdi.

Hər halda sağlam düşüncə onu deməyə əsas verir ki, böyük Qafqaz müharibəsi və sabitliyin pozulması aktorların heç birinin marağında deyil. Səbəblər müəyyən dərəcədə eynidir, müəyyən dərəcədə fərqlidir, lakin heç kim müharibə istəmir. Ola bilsin ki, “3+3” formatının “donması” mümkün destabilizasiya risklərini daha idarəolunan etmək üçün tədbirlər kontekstində görünür.

Bir tərəfdən, əgər format Qafqazda vəziyyətin idarə olunmasına kömək edirsə və sabitlik dərəcəsini artırırsa, o zaman faydalıdır. Ancaq İran vəziyyəti gərginləşdirir. Gürcüstan prosesdə iştirak etmək istəmir. Belə olan halda bu format niyə hələ də gündəmdədir?

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   3+3  


Bizi "telegram"da izləyin