Erməni politoloq: “Rusiya “beşinci kolon” vasitəsilə Ermənisatnda sabitliyi pozmağa çalışacaq”

2023/01/sdfsd-1674551950.jpg
Oxunub: 301     17:52     31 Yanvar 2023    
“Düşünmürəm ki, Rusiyanın bu gün təxribatlara əl atmaq, hücumlar təşkil etmək üçün resursları var. Xanım Zaxarovanın xəbəri olmaya bilər, amma geosiyasi qarşıdurma Vladimir Putinin 2007-ci ildə Münhendə Rusiyanın xüsusi statusunu elan edərək Rusiyanın soyuq müharibənin nəticələrini de-fakto qəbul etməyə hazır olmadığını bildirən məşhur çıxışından sonra başlayıb”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Davit Stepanyan deyib.

Stepanyan qeyd edib ki, o vaxtdan geosiyasi münaqişə başlayıb.

“Həmin toqquşmalar zamanı Rusiya Abxaziyanı, Cənubi Osetiyanı işğal etdi, Rusiya Türkiyə ilə 44 günlük müharibədə bütövlükdə Cənubi Qafqazı bölüşməyə razılaşdı və Ukraynada müharibəyə başladı. Zaxarovanın Cənubi Qafqazda hansı yeni münaqişələr istədiyini bilmirəm, amma əminəm ki, bu gün Rusiyanın bu münaqişələri regiona gətirmək üçün resursları yoxdur. Rusiya üçün bu toqquşmalar növbəti geosiyasi axmaqlıq demək olacaq ki, bunun da nəticəsində Rusiya böyük ehtimalla Cənubi Qafqazı tərk edib Qafqaz dağlarının şimalında qalacaq”, - deyə o bildirib.

“Rusiyada tez-tez qeyd olunur ki, Ermənistan vektoru dəyişmək niyyətindədir, bu, doğrudurmu?” sualına Stepanyan belə cavab verib: “Bu, vektor dəyişikliyinin başlanğıcıdır. Ümid edirəm ki, bu proses davam edəcək, çünki Rusiya hər şeyə qadirdir ki, bu vektor dəyişikliyinin davam etməsi baş verməsin. Ermənistan çox ayıq olmalıdır. Ölkə daxilində hər şey mümkündür. Ölkə daxilində müxtəlif ssenarilər mümkündür və o ssenarilərin arxasında Rusiya dayanacaq, o cümlədən “beşinci kolon”un iştirakı da ola bilər. Rusiya vektor dəyişikliyinin qarşısını almaq üçün hər şeyi edəcək, amma vektorun dəyişməsinin Rusiyanın təşəbbüsü olduğu göz qabağındadır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qafqaz  


Bizi "telegram"da izləyin