“Hraparak”: Ohanyanın ətrafında “şou” uğurlu alınarsa, növbəti qurban kim olacaq?

2021/10/Seyra-1634205602.jpg
Oxunub: 289     21:22     01 Fevral 2023    
Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyası fevralın 7-də parlamentdə təcili müzakirələrin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, məlum olduğu kimi, Ermənistan parlamentinin həmin gündən başlayacaq dörd günlük iclaslarında müxalifətçi deputatlar Seyran Ohanyan və Armen Çarçyanın toxunulmazlıqdan məhrum edilməsi məsələsi müzakirə olunacaq.

“Əvvəlcədən vəsatətləri parlamentə göndərən baş prokuror hesabat verərək cinayət işinin başlanmasına, Seyran Ohanyan barəsində isə həbsə icazə verilməsini tələb edəcək. Müxalifətçilər hesab edirlər ki, hökumətin keçmiş müdafiə nazirinə qarşı kampaniyasının məqsədi ictimaiyyətin diqqətini Ağkilsədəki dəhşətli hadisədən yayındırmaqdır, ona görə də ictimaiyyətin diqqətini həmin mövzuya yönəltmək və ordu mövzusu ilə bağlı növbədənkənar sessiya keçirmək qərarına gəliblər. Buna görə də müzakirənin fevralın 7-də keçiriləcək sessiyanın ikinci hissəsində keçirilməsini təklif ediblər. Təqdim olunan əsaslandırmaya əsasən, təcili müzakirə “Ermənistan Silahlı Qüvvələrində yaranmış vəziyyət, problemlər və təxirəsalınmaz işlər” mövzusundadır. Müxalifətçilər həmçinin müdafiə naziri Suren Papikyanın müzakirədə şəxsən iştirak edəcəyini gözləyirlər. Yeri gəlmişkən, “Hayastan” fraksiyasının üzvləri sessiya günü partnyorlarının toxunulmazlıqdan məhrum edilməsinə görə hələlik gizli saxladıqları növbəti aksiyanı planlaşdırırlar. Hakimiyyət belə qərara gəlib ki, bu şou yaxşı getsə və gözlənilən nəticəni alsalar, növbəti qurban Geğam Manukyan olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ohanyan  


Bizi "telegram"da izləyin