İsrail Ukraynaya üç zirehli tibbi maşın verib

2023/01/1675105573.jpg
Oxunub: 2960     22:43     30 Yanvar 2023    
İsrail humanitar yardım çərçivəsində Ukraynaya üç zirehli təcili yardım maşını verib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Müdafiə Nazirliyi Ukrayna xilasetmə qüvvələrinə üç gülləkeçirməz təcili yardım maşını təhvil verib. İsrailin “Plasan Reem” şirkəti təcili yardım maşınlarını zirehliləşdirib və onları monitor, defibrilyator, oksigen verilməsi sistemi və s. kimi həyat xilas etmək üçün zəruri olan avadanlıqlarla təchiz edib”, - məlumatda deyilir.

Nazirlikdən qeyd edilib ki, daha bir belə maşın bir neçə həftə əvvəl Ukrayna tərəfinə verilib və o, artıq xilasetmə xidmətləri tərəfindən istifadə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Ukrayna  


Bizi "telegram"da izləyin