İsrailin baş naziri və Blinken İrana qarşı ittifaqın gücləndirilməsini müzakirə ediblər

2021/01/66644-1609911180.jpg
Oxunub: 257     21:16     30 Yanvar 2023    
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenlə iki ölkənin İrana qarşı müttəfiqliyini gücləndirmək və onun nüvə silahı əldə etməsinin qarşısını almaq üçün tədbirləri müzakirə edib.

Ordu.az-ın xəbərinə görə, bunu Netanyahu Yerusəlimdəki görüşdən sonra deyib.

“Düşünürəm ki, İranın nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Ortaq siyasətin işlənib hazırlanması və təhlükənin qarşısının alınması üçün birgə səylər barədə gözəl söhbətimiz oldu. Yenə deyirəm: bizim siyasətimiz, mənim siyasətim İranın nüvə silahı və onların çatdırılma vasitələri əldə etməsinin qarşısını almaqdan ibarətdir”, - deyə Netanyahu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Blinken  


Bizi "telegram"da izləyin