"Prezident İlham Əliyev Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək verib" - Orban

2023/01/1675092944.jpg
Oxunub: 218     19:33     30 Yanvar 2023    
“Cənab Prezident, Siz Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək vermisiniz. Biz bunu yüksək dəyərləndiririk”.

Ordu.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilə geniş tərkibdə görüşdə bildirib.

“Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir. Bir sözlə, cənab Prezident, ölkəmizə, Budapeştə çox xoş gəlmisiniz. Səfərinizə görə çox minnətdarıq. Keçmişdə təşəkkül tapmış dərin əməkdaşlığımızı yüksək dəyərləndiririk və ümid edirik ki, o gələcəkdə də davam edəcək”, - Orban vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban   TDT   İlham-Əliyev  


Bizi "telegram"da izləyin