Naxçıvanda müddətli həqiqi hərbi xidmətə yanvar çağırışı başa çatıb

2023/01/1675091467.jpg
Oxunub: 6419     18:46     30 Yanvar 2023    
Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il noyabrın 26-da imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə yanvar çağırışı başa çatıb.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Sərəncamın icrası təmin edilib və yanvar ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Sərəncama əsasən 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Çağırış  


Bizi "telegram"da izləyin