Ordu.az-ın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviter səhifəsində yazıb.
"Mən Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüşdüm. “Böyük Qayıdış” planının icrası ilə bağlı ətraflı müzakirə apardıq. Böyük Britaniya Azərbaycana mina təmizlənməsi sahəsində verdiyi dəstəklə məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtmasını arzulayır”, - o bildirib.
Ordu.az