“Rusiyanın icazəsi olmadan bizim heç bir başqa ölkədən silah almağa haqqımız yox idi” - “Yerkrapah” hərbi təşkilatının sədri

2020/11/sasun-1604558105.jpg
Oxunub: 418     16:23     30 Yanvar 2023    
“Bəli, “Sparapet”dən (Ermənistanın sabiq müdafiə naziri Vazgen Sarkisyan nəzərdə tutulur – red.) sonra ordumuz olmayıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan “Yerablur” hərbi panteonunda jurnalistlərlə söhbətində deyib.

“Nə baş verdiyini, əvvəlki hakimiyyət orqanlarının nə etdiyini bilmirdiniz? Mən demirəm ki, Paşinyan müqəddəsdir, mən müqəddəsəm, amma mövcud olan çatışmazlıqlardan 3 ildən sonra ordunuz ola bilməz. Azərbaycanlı 15-20 il ərzində müasir hərbi texnika alıb, biz isə deyirdik ki, bizdə döyüş ruhu var. Əgər əvvəlki hakimiyyət nümayəndələrimiz desəydi ki, heç bir məsələ danışıqlar yolu ilə həll olunmayacaq, biz o illərdə müharibəyə hazırlaşmalıydıq, silahlanmalıydıq”, - deyə o bildirib.

Mikayelyan qeyd edib ki, bu illər ərzində Ermənistan ordusu başqa istiqamətdə getdiyi üçün Azərbaycan Ordusu irəliləyə bilib.

“Silah və sursatla bağlı əvvəlki səlahiyyətlilər Rusiya ilə müqavilə bağlamışdılar ki, Rusiyanın icazəsi olmadan bizim heç bir başqa ölkədən silah almağa haqqımız yoxdur”, - deyə o vurğulayıb.

Ermənistanın “Yerkrapah” hərbi təşkilatının sədri deyib ki, Laçın yolunun ruslarsız bağlandığını düşünmür.

“Mənə elə gəlmir ki, Laçın yolu ruslarsız bağlanıb. Bu, uzaqgörən siyasətdir, bunun üçün biz həmrəy olmalıyıq və gələcəkdə nələrin baş verəcəyini anlamalıyıq”, - deyə o bildirib.

Aİ missiyasının iki il ərzində Ermənistanda müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı Mikayelyan vurğulayıb: “Əgər Rusiya hələ də deyirsə ki, bütün bunlar üç prezident çərçivəsində həll olunmalıdır, bəs niyə Rusiya sülhməramlılarını təkbaşına gətirdilər? Mən digər sülhməramlıların gətirilməsini vacib sayıram, çünki bu sülhməramlılar bizim ziyanımıza birtərəfli hərəkətlər edirlər”.

Mikayelyan Ağkilsə kəndində baş verən yanğın nəticəsində 15 erməni hərbi qulluqçunun ölməsinə toxunaraq bildirib ki, birbaşa olaraq komandir günahkardır.

“Bu, korpus komandanlığının çatışmazlıqları idi, onları tutduqları vəzifələrdən uzaqlaşdırdılar. Biz ardıcıl olmalıyıq. Bilirsiniz, Basarkeçər hərbi hissəsini vurdular, hərbi hissə yoxdur, əsgərlər ayrı-ayrı yerlərdə qalırlar, amma bu o demək deyil ki, onlar hərbi hissə tikməməli, əsgərlərinin vəziyyətinə fikir verməməlidirlər. Bəli, bu işdən çıxarılmaları düzgün hesab edirəm, çünki onlar əvvəlki komandanlığın çatışmazlıqları idi, normal xidmət göstərsəydilər, belə bir şey olmazdı”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin