Erməni siyasi xadim: “Laçının yolunun bağlanması hələ uzun müddət davam edəcək”

2023/01/hgfhg-1673860535.jpg
Oxunub: 5989     20:20     30 Yanvar 2023    
“Laçın yolunu bağlayan ölkələrin oyununun məqsədi sülhməramlılara beynəlxalq mandat almaqdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Konstruktiv Partiyasının rəhbəri Andrias Qukasyan deyib.

Qukasyanın proqnozuna görə, Laçının yolunun bağlanması hələ uzun müddət davam edəcək.

“Qərb bütün hesabatlarında status-kvonun düzəldilməsinin qəti əleyhinə olduğunu bildirir. Müharibədən sonra formalaşan status-kvo nə Aİ, nə Fransa, nə də ABŞ üçün məqbul deyil. Rusiya və Azərbaycan Qarabağdakı status-kvonu düzəltmək üçün mübarizə aparır, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın-yolu   Aksiya  


Bizi "telegram"da izləyin