“Bir gün hakimiyyət elan edəcək ki, Rusiyadakı səfirliyinə ehtiyac yoxdur” - Ermənistanın keçmiş Baş naziri

2021/05/56655-1621580850.jpg
Oxunub: 302     17:59     30 Yanvar 2023    
“Rusiya ilə münasibətlər hesabına Qərblə münasibətləri inkişaf etdirmək nəyə lazımdır? Yoxsa bu, Qərbin tələbidir? Bir gün hakimiyyət elan edəcək ki, Ermənistanın Rusiyadakı səfirliyinə ehtiyacı yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Hrant Baqratyan söhbətində deyib.

Baqratyan əmindir ki, Qərb İrəvanı Qarabağdan əlini çəkməyə və onu Azərbaycanın bir hissəsi kimi tanımağa çağırır.

“KTMT yardım, o cümlədən silah təklif etdi, lakin Paşinyan bundan imtina etdi və KTMT-nin Ermənistana kömək etmədiyini təbliğ edir. Moskva Ermənistana deyir ki, Azərbaycanla bir-birinizin sərhədlərini tanıyın. Rusiya Bakını məcbur etməyəcək, çünki bu onun maraqlarına uyğun gəlmir, həm də Ermənistan hakimiyyətinin buna layiq olmadığını nəzərə almaq lazımdır. KTMT ölkələrinin beş prezidentinə “Mənə deyin, Ermənistanın sərhədi haradan keçir?” demək nə deməkdir? Hökumət haqlıdırsa, niyə Ermənistanın KTMT-dən çıxması təşəbbüsü ilə çıxış etmirlər? Həm Fransa, həm də ABŞ Ermənistana xəbərdarlıq edib ki, bu təşkilatdan çıxmasın, çünki bu, çəkindiricidir. Onlar etiraf etdilər ki, Ermənistana kömək etməyəcəklər”, - deyə Baqratyan vurğulayıb.

O hesab edir ki, Aİ müşahidəçiləri heç nəyi cilovlamırlar.

“Müşahidəçilər ruslara əmanət etdiyimiz Laçına gedəcəkmi? Tutaq ki, gedib gördülər ki, Azərbaycan yolu bağlayıb. Sonra nə olacaq? Paşinyan onlarla ruslar arasında münaqişə yaratmaq istəyir?”, - deyə Ermənistanın keçmiş Baş naziri qeyd edib.

Erməni siyasi xadim deyib ki, Zəngəzurdan dəhliz əldə edən kimi Bakı Qarabağ məsələsi üzrə addımlar atacaq.

“Gec-tez Azərbaycan Laçın yolunu açacaq, lakin o, vaxtaşırı bu yolu açıb-bağlayacaq ki, Naxçıvana dəhliz verənə qədər ermənilərin xeyli hissəsi, əhəmiyyətli hissəsi getsin, amma hamısı yox”, - deyə o bildirib.

Baqratyan vurğulayıb ki, Ermənistanda görünməmiş talanlar davam edir.

“Ermənistanda görünməmiş talanlar davam edir. Bundan başqa, hər il məmurlara naməlum xidmətlərə görə 150 milyon dollar mükafat paylanır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin