Ordu.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin rəsmisi Selçuk Bayraktar məlumat verib.
O, “Bayraktar TB2” PUA-larının öz sinfində bütün dünyada tanındığını və onların hazırda dünyanın ən çox döyüşlərdə iştirak edən zərbə PUA-sı olduğunu bildirib. O, PUA-ların 28 ölkəyə satıldığını deyib.
“Bizdən həmişə “KızılElma”dan sonra nə olacağını soruşurlar. Biz, Türkiyənin ən yaxşı raket ustası Arif müəllimimizlə birlikdə kosmosla bağlı araşdırmalar aparmaq təşəbbüsümüzü yaratmışıq. Son dövrlərdə orbitə buraxılış vasitələri və aşağı orbit peykləri gündəmdədir.
Həm kommunikasiya, həm də qlobal yerləşdirmə sistemləri ilə bağlı araşdırmalar aparılır. 5-10 ildən sonra ölkəmizdə kosmos macərasına ciddi dəstək verəcək araşdırmaların aparılacağına inanırıq. “Fərqani” adlı kosmik təşəbbüsümüzün bu sahədə də bəşəriyyətə töhfə verəcəyini düşünürük”, - deyə Bayraktar qeyd edib.
Sevinc Əliyeva
Ordu.az