Yunanıstan mətbuatı Türkiyənin “Malazgirt” simulyasiya sistemindən yazıb

2023/01/malaz-1675076780.jpg
Oxunub: 428     21:12     30 Yanvar 2023    
Yunanıstan mətbuatı Türkiyənin HAVELSAN şirkəti tərəfindən hazırlanan “Malazgirt” simulyasiya sistemindən yazıb.

Ordu.az xəbər verir ki, bu barədə “Pentapostagma” nəşrində məqalə dərc olunub.

Nəşr HAVELSAN tərəfindən hazırlanan “Malazgirt” Ciddi Oyun İnfrastrukturu adlı simulyasiya sistemi barədə yazır ki, PUA, insansız quru vasitələri, milli döyüş təyyarələri kimi bir çox layihənin simulyasiyalarının hazırlanması real müharibə şəraiti üçün ciddi təcrübə təmin edir.

“Müasir müharibə mühitinin rəqəmsal simulyasiyası mövzusu, mümkün ssenariləri sınaqdan keçirmək üçün ssenariləri ərazi, hava şəraiti və düşmənin bütün texniki xüsusiyyətləri ilə qidalandıran çox vacib bir məsələdir.

Əməliyyat ssenarilərinin simulyasiyası nəticəsində istifadə olunan sistemlərin performansına uyğun olaraq mövcud dizaynlar təkmilləşdirilir və yeni sistemlərin layihələndirilməsi zamanı əlavə təcrübə qazanılır. Bütün qeyd etdiklərimiz nəticəsində uğur şansı çox yüksək olan planlar ortaya çıxır. Türk döyüş sənayesi isə “Malazgirt”lə bu istiqamətdə irəliləyir.

Yeni məhsulların sınaq mühiti olacaq “Malazgirt” tətbiqi vasitəsilə PUA, insansız quru vasitələri və milli döyüş təyyarələri kimi bir çox layihənin simulyasiyalarının hazırlanmasına və sistemlərin real döyüş şəraitində sınaqdan keçirilməsinə imkan verəcək”, - deyə məqalədə bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malazgirt   Yunanıstan  


Bizi "telegram"da izləyin