Ordu.az xəbər verir ki, bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin rəisi marşal İsiaka Oladayo Amao məlumat verib.
O qeyd edib ki, ilin ilk rübündə, həmçinin Çindən 3 ədəd “Wing Loong” PUA-ları da Nigeriyaya çatdırılacaq.
“Terrorçuların qalıqlarını tamamilə məhv etmək və təmizləmək üçün daha çox iş görülməlidir. Nigeriya Silahlı Qüvvələri böyük bir modernləşdirmə proqramından keçir və bütün bu son satınalmalar bu proqramın bir hissəsidir. Yeni və müasir hava qüvvələriniz terrorçulara və qiyamçılara qarşı uğurlu bombardman əməliyyatları həyata keçirəcək. Sifariş verdiyimiz 2 “Beechcraft King Air 360”, 4 “Diamond DA-62” müşahidə təyyarəsi, 3 “Wing Loong II” PUA və 6 T-129 helikopterinin bu ilin rübündə Nigeriyaya çatacağını gözləyirik”, - deyə Amao bildirib.
Marşal, həmçinin İtaliya istehsalı olan 12 ədəd AW109 “Trekker” helikopteri və 24 “M-346 Master” yüngül hücum təyyarəsi ilə bağlı danışıqların davam etdiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az