ABŞ-ın CH-53K helikopteri ilk dəfə F-35C qırıcısını daşıyıb

2023/01/CH-53-1675075914.jpg
Oxunub: 351     15:25     31 Yanvar 2023    
ABŞ Dəniz Piyadaları Korpusunun ən yeni CH-53K helikopteri olan Hərbi Dəniz Qüvvələrinin F-35C qırıcısını daşıyıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Aviasiya Sistemləri Komandanlığının “Twitter” hesabında məlumat verilib.

Sınaqda “Sikorsky” tərəfindən hazırlanmış CH-53K F-35C təyyarəsini müvəffəqiyyətlə daşıyıb.

Sınaq ABŞ-ın Merilend ştatındakı Patuxent River Hərbi Dəniz Bazasında keçirilib. Sınaqda istifadə edilən F-35C təyyarəsi ilk dəfə 2009-cu ildə istehsal edilib və ilk uçuşunu 2010-cu ildə edib. Təyyarə 2010-2016-cı illər arasında 750 saat uçuş həyata keçirib. F-35C-nin çəkisi təxminən 9,98 tondur. Uçuş zamanı onun bəzi avadanlıqları, o cümlədən mühərrikləri çıxarılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sikorsky   ABŞ  


Bizi "telegram"da izləyin