Rusiya XİN: Təhlükəsizlik mövzusunda Avropa ilə dialoqdan imtina etməmişik

2023/01/cbc66-1672920485.jpg
Oxunub: 252     13:28     30 Yanvar 2023    
“Rusiyanın Ukrayna ilə danışıqlarda mövqeyi hər kəsə məlumdur və ötən ilin fevral-aprel aylarında biz artıq Kiyevlə danışıqlar aparırdıq”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ötən ilin yekunları ilə bağlı nazir Sergey Lavrovun mətbuat konfransına KİV tərəfindən göndərilən suallara cavabda bildirilib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı xüsusi hərbi əməliyyatı başlayandan dərhal sonra rəsmi Kiyev dialoq üçün müraciət edib və sonra dialoqu yarımçıq saxlayıb, təklifləri cavabsız qoyub: “Sonradan Ukrayna Prezidenti Vladimir Zelenski tərəflər arasında dialoqların keçirilməsinin bərpasını qadağan edib və 30 sentyabr 2022-ci il tarixdə Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü haqda fərman imzalayıb. Biz dəfələrlə bəyan etmişik ki, danışıqlara hazırıq və bu danışıqlar zamanı yeni coğrafi və siyasi reallıqlar nəzərə alınmalıdır”.

Vurğulanıb ki, Avropa İttifaqı ölkələri, ilk növbədə, Almaniya və Fransa (“Normandiya” formatının iştirakçıları kimi) 8 ildən artıqdır sistematik olaraq Donbasda baş verənlərə məhəl qoymur, “Tədbirlər Paketi” sülh müqaviləsi çərçivəsində rəsmi Kiyevi öz öhdəliklərindən imtina etməyə həvəsləndiriblər.

“Qərblə danışıqlar imkanlarına gəlincə isə, təəssüflər olsun ki, Avropa İttifaqı və ABŞ diplomatiya və danışıqlar mədəniyyətini itirib. Onlar qarşı tərəfin maraqlarını nəzərə almadan hamının üzərinə hər hansı öhdəlikləri qoymaq və bununla da birtərəfli olaraq fayda əldə etməyə çalışırlar” – Lavrov bildirib.

Diqqətə çatdırılıb ki, Rusiya heç vaxt avropalı tərəfdaşlarla bərabərhüquqlu dialoqların keçirilməsindən və təhlükəsizlik problemlərinin həlli yollarının axtarışından vaz keçməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Lavrov  


Bizi "telegram"da izləyin