“Son 2-3 ildə ABŞ Azərbaycana 100 milyon dollara yaxın yardım edib”

2020/12/13313-1607929331.jpg
Oxunub: 303     12:45     30 Yanvar 2023    
“Amerika heç vaxt Azərbaycana qarşı sanksiya tətbiq etməyəcək, çünki Azərbaycan ABŞ üçün Ermənistandan az əhəmiyyətli ölkə deyil, hətta ondan da önəmlidir”.

Ordu.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert, amerikaşünas Suren Sarkisyan deyib.

Onun sözlərinə görə, Dövlət Departamentinin “İranla Azərbaycan arasında hərbi münaqişə olarsa, ABŞ Azərbaycanın yanında olacaq” bəyanatını unutmaq olmaz.

“Yəni Azərbaycan İranı hərbi əməliyyatlara cəlb etməyin ən yaxşı yollarından biri hesab olunur. Beləliklə, bu, böyük oyunun yalnız bir komponentidir. Ona görə də Azərbaycana qarşı sanksiyalar tətbiq etməyəcəklər. Yeri gəlmişkən, Azərbaycana qarşı sanksiya tətbiq edilmişdi, 907 saylı qətnamə 10 il müddətində qüvvədə idi ki, bu da Qarabağa görə sanksiya idi. ABŞ Azərbaycana sırf təhlükəsizlik tipli yardım göstərir. Yəni hərbi yox, təhlükəsizlik yardımı. Onun məqsədi İranla dəniz sərhədini qorumaqdır. Son 2-3 ildə Azərbaycana 100 milyon dollara yaxın yardım edilib, bu, Ermənistana qarşı deyil, İrana qarşı edilib”, - deyə Sarkisyan qeyd edib.

Sarkisyan qeyd edib ki, ABŞ-ın sanksiyalara nail olunmamışdan əvvəl istifadə edilə bilən çox ciddi diplomatik alətləri var.

“ABŞ hələ o vasitələri tükəndirməyib və Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq olunacağı ehtimalı demək olar ki, sıfırdır”, - o bildirib.

Sarkisyanın sözlərinə görə, Vaşinqton həm açıq sahədə, həm də pərdəarxası diplomatiya sahəsində çox fəal işləyir ki, Laçın yolu açılsın.

O vurğulayıb ki, İlham Əliyev Laçın yolu ilə bağlı bir neçə hesablama aparıb.

Erməni amerikaşünas deyib ki, Qərbdə Moskvanın nəzarəti altında olmayacaqsa, Zəngəzur dəhlizi layihəsinin tərəfdarıdırlar.

“Qərbdə Rusiyanın nəzarəti altında olmayacaqsa, Zəngəzur dəhlizi layihəsinin tərəfdarıdırlar. Rusların orada olacağına əmin olana qədər o dəhlizin əleyhinə olacaqlar. Amma burada İran faktoru da var”, - deyə Sarkisyan bildirib.

Rusiya qoşunlarının Azərbaycanın tələbi ilə geri çəkiləcəyi təqdirdə Qərbin sülhməramlı qoşunlar göndərməyə hazır olub-olmaması ilə bağlı suala cavab olaraq Suren Surenyan qeyd edib ki, beynəlxalq hüquqda sülhməramlı qoşunların göndərilməsinin ən vacib prinsipi tərəflərin razılığıdır.

“Yəni, hər iki tərəf razılaşarsa, o zaman istər BMT-nin, istərsə də ATƏT-in mandatı altında olan sülhməramlı missiya yerləşdirilə bilər. Hətta Aİ, BMT və ya hər hansı başqasının istəyi olsa belə, tərəflərin razılığı lazımdır”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin