Kanada Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

2022/02/14583-1645773951.jpg
Oxunub: 248     02:48     29 Yanvar 2023    
Kanada Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsindəki paylaşımda deyilir.

"Diplomatik nümayəndəliklərə qarşı zorakılıq aktlarının heç bir bəhanəsi yoxdur. Mərhumun ailəsinə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   XİN  


Bizi "telegram"da izləyin