Azərbaycan Prezidenti: "İrandakı səfirliyimizin əməkdaşı əliyalın şəkildə terrorçunun üzərinə atılıb, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib"

2023/01/63d56-1674928902.jpg
Oxunub: 502     22:01     28 Yanvar 2023    
Səfirliyin digər mühafizə əməkdaşı əliyalın şəkildə terrorçunun üzərinə atılıb, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İsrail dövlət başçısı ilə telefon danışığı zamanı bildirib.

Azərbaycan Prezidenti avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçunun tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini diqqətə çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin