Norveç səfiri Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

2023/01/1674928338.jpg
Oxunub: 2565     21:32     28 Yanvar 2023    
Norveçin Azərbaycan və Türkiyədəki səfiri Erlinq Şonsberq Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə səfir özünün "Twitter" səhifəsində yazıb.

"Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum məni çox sarsıtdı. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Mərhumun ailəsinə və Azərbaycan Xarici İşlər Nazirliyindən olan həmkarlarıma başsağlığı verirəm", - deyə E.Şonsberq bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç  


Bizi "telegram"da izləyin