Rusiya hərbçilərinin olduğu xəstəxanada partlayış olub, onlarla ölən var

2022/06/1656580829.jpg
Oxunub: 451     19:33     28 Yanvar 2023    
Ukraynanın Luqansk vilayətinin işğal altında olan Novoaydar şəhərində Rusiya hərbçilərinin müalicə aldığı xəstəxanada partlayış olub.

Ordu.az xəbər verir ki, bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergiy Qayday teleqramda bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində “müalicə alan onlarla” rusiyalı hərbçi ölüb.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi bu insidentdə Ukrayna hərbçilərini ittiham edərək onların HIMARS raketi ilə zərbə endirdiklərini iddia edib. Müdafiə qurumunun məlumatına görə, olayda 14 nəfər ölüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin