Azərbaycanın Sankt-Peterburqdakı diasporu İrandakı səfirliyimizə hücumu pisləyib

2023/01/23015-1674914403.jpg
Oxunub: 279     16:22     28 Yanvar 2023    
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayətlərində yaşayan azərbaycanlıları hiddətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə icmaların bəyanatında bildirilib.

Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti Şəhər İctimai Təşkilatının yaydığı bəyanatda Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib.

Diplomatik nümayəndəliklərə hücümun yolverilməz olduğu, insanlığa və diplomatik normalara zidd olan bu cinayətin dərhal araşdırılması və terrorçuların cəzalandırılması tələb edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin