Türkiyə səfiri şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib

2023/01/ca360-1674914123.jpg
Oxunub: 8567     16:05     28 Yanvar 2023    
Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror hücumu nəticəsində şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib.

Ordu.az xəbər verir ki, bunu diplomat tviterdə yazıb.

"Hərbi atəşemiz, müşavirimiz və diplomatlarımızla birlikdə şəhid qardaşımız Orxan Əsgərovun yas mərasimində iştirak etdik, onun atası Rizvan Əsgərov, əmisi və yaxınlarına başsağlığı verdik", - səfir vurğulayıb.

O qeyd edib ki, Türkiyə həmişə Azərbaycanın yanındadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran  


Bizi "telegram"da izləyin