Ordu.az xəbər verir ki, bu barədə “The Japan News” nəşri yazıb.
Bildirilir ki, raketlər adi döyüş başlıqları ilə yanaşı kəşfiyyat və radioelektron mübarizə başlıqları da daşıya biləcək. Döyüş başlıqları raketin vurma dəqiqliyini artıracaq.
Əvvəlcə hədəfin dəqiq yerini müəyyən etmək üçün kamera quraşdırılmış “yüksək performanslı” kəşfiyyat başlığı işə salınır. Onun ardınca düşmən radarını və sensorlarını söndürmək üçün elektromaqnit dalğası yayan döyüş başlığı buraxılır. Sonda adi döyüş başlığı ilə zərbə endirilir.
Raket 1000 kilometr məsafədəki hədəfi vura biləcək. Raket prototipinin istehsalına aprel ayında başlanacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az