İndoneziya Fransadan “ağıllı” aviasiya silahları almağı düşünür

2023/01/SAF20-1674903715.jpg
Oxunub: 419     15:51     28 Yanvar 2023    
İndoneziya Fransanın “Safran” şirkətindən “ağıllı” aviasiya silahları almaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə İndoneziya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, hazırda “ağıllı” idarə olunan silahların alınması üçün Fransa müdafiə şirkəti ilə danışıqlar aparırlar.

AASM-HAMMER düşmənin zirehli texnikasını və digər aktivlərini zərərsizləşdirmək üçün nəzərdə tutulmuş yeni nəsil orta mənzilli raketlərdir.

Cakarta bu silahı Fransanın “Dassault Aviation” şirkətindən sifariş etdiyi yeni “Rafale” qırıcılarına inteqrasiya etməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Fransa  


Bizi "telegram"da izləyin