Avstraliya Çini çəkindirmək üçün “ağıllı” dəniz minaları alacaq

2023/01/dfgdf-1674903632.jpg
Oxunub: 469     15:20     28 Yanvar 2023    
Avstraliya tezliklə Çinin potensial təcavüzünün qarşısını almaq üçün dəniz minaları alacaq.

Ordu.az xəbər verir ki, bu barədə “The Sydney Morning Herald” nəşri mənbələrə istinadən məlumat yayıb.

Ölkənin müdafiə departamenti 1 milyard Avstraliya dollarına ağıllı minalar almaq istəyir. Departament satınalmanı təsdiqləyib və minaların Avropa ölkəsindən alınacağını bildirib.

Qeyd edək ki, İtaliya və İspaniya Avropanın ən böyük dəniz minası istehsalçılarıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Çin  


Bizi "telegram"da izləyin