Ordu.az xəbər verir ki, bu barədə yerli “Kan” dövlət televiziya və radio şirkətindən bildirilib.
Qeyd olunub ki, hücum edənin adı Mohammed Aliyatdır. Hücumçunun dindirilməsinə başlanılıb.
Səbəb hələlik məlum deyil.
***
İsrailin Yerusəlim şəhərindəki David rayonu yaxınlığında növbəti dəfə atışma olub.
Ordu.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib, hücum edən şəxs zərərsizləşdirilib.
Qeyd edək ki, dünən, yanvarın 27-də İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub. Hadisə nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.
Ordu.az